Bakı Apellyasiya Məhkəməsində sevdiyi qızı öldürməyə cəhd etməkdə təqsirli bilinən Afiq Hüseynovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə Yasamal rayonu, Z.Xəlilov küçəsində ensiz bir ərazidə baş verib.
Füzuli rayon sakini, 1992-ci il təvəllüdlü Afiq Hüseynov İsmayıllı rayon sakini, 1998-ci il təvəllüdlü Aytac Ağayevaya yeddi bıçaq zərbəsi vurub.