Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Tərtərdə avtomobillə qadını vuraraq öldürən şəxs məhkəmə qarşısında

825
Paylaş:
Tərtərdə avtomobillə qadını vuraraq öldürən şəxs məhkəmə qarşısında

Tərtərdə avtomobillə qadını vuraraq öldürməkdə təqsirləndirilən Arzuman Tağızadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Abdulla Məmmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası mayın 22-nə təyin edilib.

Qeyd: Hadisə 2022-ci il noyabrın 18-i saat 19 radələrində rayonun Kəbirli kəndində baş verib. Kənd sakini, 30 yaşlı Tağızadə Arzuman Əhliman oğlu idarə etdiyi “Ford Transit” markalı avtomobillə yolu keçən həmkəndlisi, 32 yaşlı Kərimova Aynur Murad qızını vurub. Nəticədə yaralı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq tibb mərkəzinə yerləşdirilib.

A.Kərimova bu il yanvarın 13-də müalicə olunduğu tibb mərkəzində ölüb.

Fakta görə Tərtər rayon Polis Şöbəsində cinayət işi başlanıb.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər