İtkin düşmüş hesab edilən tanınmış rusiyalı aktrisa Marina Qridasova Sankt-Peterburqdakı Fontanka çayının sahilindəki evinin həyətində tapılıb. O, çılpaq və döyülmüş halda olub.
Məlumata görə, “Sındırılmış fənərlər küçəsi” (“Ulitsa razbitıx fonarey”) və “İstintaqın sirləri” (“Taynı sledstviya”) seriallarının ulduzu mayın 1-də səhər saatlarında mənzilindən çıxaraq sahilə doğru hərəkət edib, bundan sonra onu heç kim görməyib. Qonşuları və dostları onun mənzilinin qapısının açıq olduğunu görüblər, içəridə heç kim olmayıb. Bundan sonra polisə xəbər verilib. Həmin gündən onun axtarışlarına başlanılıb.
Müşahidə kameralarından Qridasovanın küçəyə yalnız xalat və idman ayaqqabısı ilə çıxdığı görünüb.