Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Mehriban Əliyeva Gürcüstana təşəkkür etdi

895
Paylaş:
Mehriban Əliyeva Gürcüstana təşəkkür etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesabında Tbilisi televiziya qülləsinin Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılması ilə ölkəmizə göstərdiyi dəstəyə görə Gürcüstan Respublikasına minnətdarlığını bildirib.

Pravda.az-ın xəbərinə görə, paylaşımda deyilir:

“Tarixən təşəkkül tapmış mehriban dostluq münasibətlərimiz olan Gürcüstana dərin minnətdarlığımı bildirirəm! Çətin sınaq anlarında xalqların bir-birinə dəstək göstərməsi – dostluq və qardaşlığın ən gözəl təzahürüdür. Əminəm ki, xalqlarımızın möhkəm iradəsi və həmrəyliyi sayəsində biz dünyamızın bu gün üzləşdiyi bütün çətinlikləri tezliklə geridə qoyacağıq! Hamıya möhkəm cansağlığı arzulayıram!”

Paylaş:

Ən son xəbərlər