Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Kreml: Rusiyanın Türkiyədəki seçkilərə hər hansı müdaxiləsindən söhbət gedə bilməz

904
Paylaş:
Kreml: Rusiyanın Türkiyədəki seçkilərə hər hansı müdaxiləsindən söhbət gedə bilməz

Rusiya Federasiyasının Türkiyədəki seçkilərə hər hansı müdaxiləsindən söhbət gedə bilməz və bu cür şayiələri yayanlar yalançıdır.

Pravda.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyası digər ölkələrin daxili işlərinə və seçki proseslərinə qarışmır.

Kremlin sözçüsü Moskva-Ankara münasibətlərindən də danışıb. Bildirib ki, Rusiya Federasiyası Türkiyə ilə münasibətləri yüksək qiymətləndirir. Onun sözlərinə görə, Ankara bir sıra regional və qlobal problemlərdə məsuliyyətli mövqe tutur./APA

Paylaş:

Ən son xəbərlər