Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin əməkdaşları ümumi çəkisi 8 kiloqram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirilməsinin qarşısını alıb.
Bu barədə Dövlət xidmətindən məlumat verilib.
“Göytəpə” və “Xudat” sərhəd dəstələrində dövlət sərhədini pozmağa cəhd göstərən 2 nəfər sərhəd pozucusu və 1 nəfər bələdçi sərhəd naryadının sayıqlığı nəticəsində saxlanılıb.
Mayın 9-da saat 07:00 radələrində Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycandan Rusiya istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Əlcəzair vətəndaşı 1997-ci il təvəllüdlü Merrouche Ebdelouahab saxlanılıb.
Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan şəxsə bələdçilik edən Azərbaycan vətəndaşı 1976-cı il təvəllüdlü Məmmədov İlham İsaxan oğlu müəyyən edilərək istintaqa cəlb edilib.