Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Kütləvi davada qətl törədən şəxslərə 33 il həbs cəzası verildi

1 092
Paylaş:
Kütləvi davada qətl törədən şəxslərə 33 il həbs cəzası verildi

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzda qətl törətməkdə təqsirləndirilən Vüsal Əhmədov və Anar Tağıyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Vüsal Əhmədov 17 və Anar Tağıyev 16 il müddətində azadlıqdan məhrum edilib.

Qeyd: Hadisə ötən ilin iyulunda Tovuz rayonunun Aşağı Quşçu kəndində qeydə alınıb. Dava zamanı 1987-ci il təvəllüdlü Vəliyev Nizami Əli oğlu bıçaqlanaraq qətlə yetrilib. 1987-ci il təvəllüdlü Tağıyav Anar Mammed oğlu, 1983-cü il təvəllüdlü Əhmədov Vüsal Xəqani oğlu isə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatlarına gəlincə, Kənan adlı şəxsin 1987-ci il təvəllüdlü Tağıyev Anar Mammed oğlu və 1983-cü il təvəllüdlü Əhmədov Vüsal Xəqani oğlu ilə mübahisəsi düşüb.

Mübahisəyə 35 yaşlı Vəliyev Nizami də qarışıb. İlkin məlumata görə N.Vəliyev digər şəxslərə nalaiq sözlər deyib. Bundan sonra tərəflər arasında yenidən dava düşüb. Bu zaman Anar Tağıyev Nizami Vəliyevə 8 bıçaq zərbəsi vurub. Sonuncu hadisə yerində dünyasını dəyişib. Əhmədov Vüsal və Tağıyev Anar da bıçaq xəsarətləri alıb.

Daha sonra Vüsal Əhmədovlə Anar Tağıyev istintaqa cəlb edilib.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər