Azərbaycan Vəkillər Kollegiyası tərəfindən “Heydər Əliyev İli” ilə bağlı tədbirlər planı çərçivəsində görülən işlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Dövlət Himni səsləndirilib.
Bu barədə Pravda.az-a Vəkillər Kollegiyasından məlumat verilib.
Bildirilib ki, daha sonra Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti, eləcə də gender bərabərliyinin təmin edilməsi istiqamətində gördüyü işlərdən bəhs edən videoçarx nümayiş etdirilib.
Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov konfransa onlayn qoşularaq iştirakçıları salamlayıb, konfransın işinə uğurlar arzulayıb.
Qeyd edilib ki, ölkəmizdə vəkilliyin müstəqil təsisat kimi formalaşması, dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev tarixin dahi şəxsiyyətlərindən biri kimi daim qadınların hüquqlarının qorunması, onların ictimai həyatda iştirakı, idarəçilikdə ön plana çəkilməsi və digər məsələləri daim diqqətdə saxlayıb. Görkəmli dövlət xadimi qadınları idarəetmə, qərar qəbuletmə, sosial həyatın bütün sahələrində iştirak etməsinə çox böyük əhəmiyyət verib. Dahi şəxsiyyət qadın problemlərinin dövlət səviyyəsində həlli üçün müvafiq fərman və sərəncamlar imzalayıb, 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Ulu Öndərin iştirakı ilə elə həmin ildə Azərbaycan qadınlarının I Qurultayı, 2003-cü ildə isə II Qurultayı keçirilib.
Bildirilib ki, Ümummilli Liderimiz tərəfindən əsası qoyulan dövlət qadın siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Ölkə başçısının, eləcə də Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti ilə Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da yüksəklərə qalxıb.
Vurğulanıb ki, bu gün Azərbaycanda elə fəaliyyət sahəsi yoxdur ki, orada qadınlar təmsil olunmasın. Qadınlar qanunverici, icra, məhkəmə, vəkillik, hüquq-mühafizə, ədliyyə orqanlarında təmsil olunur, məsul vəzifə daşıyırlar. Vəkillər Kollegiyası üzvlərinin bir hissəsini qadınlar təşkil edir. Kollegiyanın Rəyasət Heyətinin müvafiq qərarı ilə qadın vəkillərin şəbəkələnməsi, qadın hüquqşünasların vəkilliyə marağının artırılması, o cümlədən onların fəaliyyətlərində qarşılaşdığı çətinliklə mübarizə məqsədilə Qadın Vəkillər Alyansı yaradılıb. Bu da dövlət tərəfindən qadın vəkillərə göstərilən xüsusi diqqət və qayğının bariz nümunəsidir. Həmçinin ölkə başçısı cənab İlham Əliyev tərəfindən qadın vəkillərin “Tərəqqi” medalı ilə təltif edilməsi, yubileylərinin keçirilməsi yüksək diqqətin göstəricisidir.

.jpeg)


.jpeg)
.jpeg)