Papua Yeni Qvineyanın xarici işlər naziri Castin Tkaçenko kral III Çarlzın tacqoyma mərasimi üçün rəsmi nümayəndə heyətinin xərcləri ilə bağlı mübahisədən sonra istefa verib. Pravda.az BBC-yə istinadla xəbər verir ki, Tkaçenko "TikTok"da təyyarədə birinci sinifdə səyahət və Sinqapurda alış-veriş edərkən çəkilmiş şəklini yerləşdirən qızı Savanna ilə birlikdə Böyük Britaniyaya səfər edib.
Nazir onu tənqid edənləri "ibtidai heyvanlar" adlandırdı.
Tkaçenkonun şərhləri paytaxt Port Moresbidə parlament qarşısında etirazlara səbəb olub.