“Accessbank”ın Marketinq Departamentinin rəhbəri Ceyhun Atayevin istefası barədə məlumat vermişdik. Məlum olub ki, “Accessbank”da departament rəhbərindən başqa istefalar da olub.
Pravda.az xəbər verir ki, bankın idarə heyətində də kütləvi istefaların olduğu haqda məlumatlar var. Bu istefalar arasında “Accessbank”ın İdarə Heyətinin üzvü, baş risk inzibatçısı Orxan İsmayılovun da adı hallanır. Ondan başqa İdarə Heyətində iki nəfər də “Accessbank”ı tərk edib.