Saatlıda zavodda bədbəxt hadisə baş verib.

Pravda.az-ın xəbərinə görə, hadisə "P-Aqro"MMC-nin Saatlı Pambıq Emalı zavodunda baş verib. 

Həmin şirkətdə çalışan İlham Zeyniyev idarə etdiyi avtokarla zavodda işləyən 1969-cu il təvəllüdlü Şəhla Abbasovanı vurub. Yaralı xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı Saatlı rayon Prokurorluğunda araşdırma aparılır.APA