Türkiyədə seçki qutularının 77.58 faizinin açılmasından sonra “Cümhur İttifaqı”nın namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 50,83 faiz, “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu 43,36 faiz, ATA İttifaqının namizədi Sinan Oğan 5,31 faiz, Məmləkət Partiyasının sədri Muharrem İncə 0,51 faiz (seçkilərə üç gün qalmış namizədliyini geri götürüb – red.) səs qazanıb.
Pravda.az bu barədə TRT-yə istinadla xəbər verir ki, parlament seçkilərində ilkin nəticələrə görə, “Cümhur İttifaqı” 52,09 faiz, “Millət İttifaqı” 33,44 faiz, "Əmək və Azadlıq İttifaqı" 9,94 faiz, “Ata İttifaqı” 1,70 faiz, “Sosialist Güc Birliyi” 0,21 səs toplayıb.