Türkiyədə səsvermə prosesi bitdikdən sonra səslərin sayılması davam edərkən, Məmləkət Partiyası Sinop vilayət Təşkilatı kollektiv şəkildə istefa verib.
Belə ki, partiyanın ilk əvvəl 1-ci millət vəkili namizədi Həsən Çorum, daha sonra isə partiyanın vilayət sədri Serdar Başağaoğlu istefa verdiyini açıqlayıb.
Başağaoğlu bu qərarı Muharrem İncenin istefasından sonra verdiyini bildirib.
“Hadisələr nəticəsində gördüyüm zərurətlə təyin olunduğum Sinop vilayət Başçılığından istefa verdiyimi bildirmək istəyirəm. Ümid edirəm ki, seçkilərin nəticələri xalqımız və gözəl Sinopumuz üçün faydalı olacaq”, - deyə o bildirib.