BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “İnsanlara maraqlı gəlir ki, yəqin, Sorosun ölümündə də bir məna var”

“Corc Soros öldü. Onun ölüm xəbərini eşidərkən mənim yadıma Napaleonun məşhur xarici işlər naziri Taleyran düşdü: bir dəfə Fransada xəbər yayılır ki, Taleyran ölür. İnsanlar dərhal düşünürlər ki, bu, şaiyədir, yalandır, ola bilməz. Sonra fakt təsdiqini tapır, məlum olur ki, Taleyran, doğrudan da, ölüb. Bu zaman ikinci xəbər yayılmağa başlayır ki, görəsən, ölmək Taleyranın nəyinə lazım imiş? Yəni onun ölümünün də bir mənası olduğunu düşünürdülər. Soros da özünü o qədər beynəlxalq ictimai fikirdə inqilabların, təlatümlərin, kataklizmlərin təşkilatçısı kimi tanıdıb ki, onun ölüm xəbərini eşidəndə insanlar yenə oxşar hisləri keçirə bilərlər. Yəni doğrudan da, Soros ölübsə, bu, onun indiki zamanda nəyinə lazım imiş? Qırğızıstanda, Gürcüstanda, Ukraynada inqilab... Hələ mən post-sovet məkanlarını deyirəm. Bundan öncə digər ölkələrdə də baş verən inqilabların, dövlət çevrilişlərinin arxasında Sorosun pullarının dayandığı heç kimə sirr deyil. Sorosun ən çox fəal olduğu məqam seçkilər və onun nəticələri elan ediləndən sonra olurdu. Çünki seçkilərin nəticələri inqilablar və dövlət çevrilişləri üçün münbit şərait yaradır və məhz belə bir münbit şəraitdə Soros həmişə əlini cibinə salar, milyardlarını xərcləməyə başlayardı. Sonra isə həmin milyardları dəfələrlə artıq geri qaytarır, qazanc götürürdü. İnqilablar Soros üçün qazanc mənbəyi idi...”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

Deputat bildirib ki, indiki halda C.Sorosun ölümü daha maraqlı məqamları üzə çıxarır: “İnsanlara maraqlı gəlir ki, yəqin, onun ölümündə də bir məna var. Soros Türkiyədə keçirilən tarixi prezident və parlament seçkiləri zamanı dünyasını dəyişdi. Çünki belə ehtimallar səsləndirilirdi ki, ABŞ-da müəyyən siyasi dairələr Türkiyədə seçkilərdən sonra vəziyyəti gərginləşdirməyə, Türkiyədəki səfərbər olmuş cəmiyyətin, vətəndaş həmrəyliyinin pozulmasına xidmət edən addımlar atmağa maraqlıdırlar. Belə olan halda, təbii ki, ən çox Soros və onun kimilərin maliyyə vəsaitlərindən istifadə edilməsi ən ağlabatan versiyalardan biri hesab oluna bilərdi. Belə bir məqamda Soros - inqilablar edən, xalqlara böyük məşəqqətlər əzablar verən inqilabları maliyyələşdirən Soros dünyasını dəyişir. Düşünürəm, bunda təsadüf yoxdur. Yəni Türkiyənin timsalında Soros və onun kimilərin seçkilərə müdaxilə, nəticələrə təsir göstərmək, ədaləti pozmaq imkanı əlindən alınmış oldu. Türkiyə öz tarixinin ən şərəfli, ən demokratik seçkilərindən birini keçirir. Bunu bütün dünya görür. Türkiyə bu gün bütün dünyaya demokratiya dərsi keçir. Bu dərsin nəticələrini pozmaq istəyən şəxslərdən biri məhz Soros ola bilərdi. Bütün fəaliyyəti ancaq insanlara bədbəxtlik gətirmək, onları göz yaşlarına qərq etmək, fəlakətlər törətməkdən ibarət olan Soros belə bir zamanda dünyasını dəyişdi. Yeri gəlmişkən, Türkiyədə haqq-ədalət zəfər çalıb, yaxın zamanda seçkilərin nəticələri tam rəsmən elan ediləcək. Azərbaycan xalqı da Türkiyə xalqının mütləq əksəriyyəti ilə birlikdə seçkilərdə cənab Rəcəb Tayyib Ərdoğanın qalib gələcəyinə böyük ümidlər bəsləyir”.

 

Aytəkin Qardaşova 

Tarix: 15 May 2023, 11:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin