Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bakı-Ankara təyyarəsi təcili eniş etdi - SƏBƏB

1 609
Paylaş:
Bakı-Ankara təyyarəsi təcili eniş etdi -     SƏBƏB

“Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) tərkibinə daxil olan “Buta Airways” aviaşirkətinin J2-9003 nömrəli Bakı-Ankara reysini yerinə yetirən hava gəmisinin kapitanı Tbilisi Beynəlxalq Aeroportunda eniş etmək qərarına gəlib.

Bu barədə Pravda.az-a AZAL-dan bildirilib.

"Buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi olub. Təyyarə yerli vaxtı ilə saat 12:23-də Tbilisi hava limanına uğurla eniş edib. Sərnişinə tibbi yardım göstərildikdən sonra təyyarə Ankaraya yola düşəcək", - məlumatda deyilir

Paylaş:

Ən son xəbərlər