Müğənni Türkan Vəlizadənin yarıqlı libası müzakirə yaradıb.
Pravda.az olay-a istinadən xəbər verir ki, buna səbəb ifaçının Bakıda baş tutan toya geyindiyi donun açıq-saçıq olmasıdır. Belə ki, onun dərin yarıqlı, qara rəngli paltarda toyda səhnə alması birmənalı qarşılanmayıb. Vəlizadə həmin görüntüsünü instaqramda paylaşsa da, tənqidlərdən sonra şərh bölməsini bağlamağa məcbur olub.

