“Ermənistanın Baş naziri Nikol Paşinyanın Brüssel görüşündəki geyimi ciddi tənqid olunur. Bu adam kreativ görünməyə cəhd etsə də, uzaq yola çıxan sürücü pozasını verməklə fərqləndi. Amma Paşinyan bununla bütün dünyanın gülüşünə səbəb olduğunun fərqində olmalıdır. Bu fonda Brüssel görüşü Azərbaycan diplomatiyasının növbəti uğuru hesab edilməlidir. Hətta Brüssel görüşünün indiyə qədər keçirilən görüşlərin ən məhsuldarı olduğunu, ən vacib tezislərlə yadda qaldığını söyləyə bilərəm. Birincisi, görüşdə müzakirələr cənab Prezidentin apardığı gündəlik, Azərbaycan tərəfinin təqdim etdiyi tezislər üzərində quruldu. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını qəbul etdi. İkincisi, Ermənistan Azərbaycanın təklif etdiyi sülh gündəliyi ilə razılaşdığını söylədi. Sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı işlərin sürətləndirilməsi, tapşırıqların verilməsi məsələsi də gündəlikdə müzakirə olunub. Paşinyan gələcəkdə bu işlərin həll olunması üçün addımlar atılmasının zəruriliyini qeyd etdi. O, artıq yaxın zamanlarda bu prosesin davamlı olmasını və danışıqların bu kontekstdə aparılmasını təsdiqləyib”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.