BURADA REKLAMINIZ OLA
BİLƏR

Abşeron RİH-dən Xırdalanda parkda tikildiyi deyilən obyektlə bağlı açıqlama: İcazə verilib - FOTO

Abşeron Rayon İcra Hakimiyyəti “Xırdalanda parkda obyekt tikilir – “Görəsən, icra hakimiyyəti nəyin müqabilində icazə verib?” xəbərə reaksiya verib.

 

Pravda.az-a daxil olan məlumatda bildirilib ki, vətəndaş Bahadur İsfəndiyar oğlu Fərzəliyev Xırdalan şəhərində mülkiyyətində olan 0.32 ha torpaq sahəsində məlumatlandırma icraatı çərçivəsində, tikinti işləri aparmaq üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə elektron, yəni vahid pəncərə sistemi vasitəsi ilə müraciət edib.

 

“Vətəndaşın layihəsinə baxılmış və qanunvericiliyə uyğun olaraq 10 gün müddətinə ümumi sahəsi 1654 kvadrat metr və sahəsi 800 kvadrat metr olan iki mərtəbəli fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Tikinti ilə bağlı verilmiş icazə sənədi Tikintilərin Dövlət Reyestrinin internet səhifəsində mövcuddur”, - qeyd olunub.

Fotoları təqdim edirik
Tarix: 15 May 2023, 17:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin