“Camaatın əcdadı, ulu babaları 2400-2500 il bundan qabaq müharibə haqqında traktat yaradıb. Strategiya, taktika nədir, gələcəyi necə planlamaq lazımdır, coğrafi biliklər və sair... Bizim babalar isə min illiklərlə sazla “Leyli”, “Məcnun” deyib zınqıldadıblar. Bu da nəticəsi - Çin bu gün babalarının fəlsəfəsini oxuyub dünyanın bir nömrəsi olmaq üzrədir, biz isə... Boş boğazla min illər ərzində Məcnunu tərənnüm ediblər. Məcnun bir nəfəri unuda bilməyən xəstə olub. Heç bir uğuru, nailiyyəti olmayan bir səfeh... Bunun min illərlə nəyini tərənnüm ediblər?”
Pravda.az xəbər verir ki, bu sözləri tanınmış psixoloq Nizami Orucov deyib.