Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Paşinyan: Türkiyə və Azərbaycanla təmasları dəyişdirmək lazımdır

1 230
Paylaş:
Paşinyan: Türkiyə və Azərbaycanla təmasları dəyişdirmək lazımdır

Bütün qonşularla normal münasibətlərin qurulması vacibdir.

Pravda.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Çexiyanın “Respekt” nəşrinə müsahibəsində bildirib.

Paşinyan bunu Ermənistan üçün həyati vacib məsələ adlandırıb.

“Bu, ölkənin xarici siyasətinin əsas məqsədidir. Lakin müəyyən problemlər var”, - deyə Paşinyan bildirib.

Ermənistan lideri bildirib ki, ölkəsinin Gürcüstan və İranla yaxşı münasibətləri var və onlar inkişaf etdirilməli, təkmilləşdirilməlidir.

“Türkiyə və Azərbaycanla təmaslar demək olar ki, yoxdur və bunu dəyişdirmək lazımdır”, - deyə Paşinyan bildirib./APA

Paylaş:

Ən son xəbərlər