Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Ərdoğan: 28 May seçkisindən qalib çıxacağıq və tarixi uğur qazanacağıq

945
Paylaş:
Ərdoğan: 28 May seçkisindən qalib çıxacağıq və tarixi uğur qazanacağıq

Mayın 14-də əldə etdiyimiz səs nisbətini artıraraq 28 May seçkisindən qalib çıxacağıq və tarixi uğur qazanacağıq.


Pravda.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviterdəki paylaşımında bildirib.


"Mayın 28-nə kimi dayanmadan, dincəlmədən sevimli millətimiz qarşısında məsuliyyətimizi yerinə yetirəcəyik", - Ərdoğan qeyd edib.


Türkiyə lideri bildirib ki, nəticədən asılı olmayaraq, 14 may seçkilərinin qalibi 85 milyon nəfərlə türk demokratiyası və türk Milləti oldu.


"Mayın 14-də seçkiyə gedərək azad iradəsini əks etdirən bütün vətəndaşlarıma və xaricdəki 56 milyon insanımızın hər birinə dəyərli səslərinə və demokratiyaya verdiyi töhfələrə görə təşəkkür edirəm", - Ərdoğan vurğulayıb.


O, əlavə edib ki, Türkiyə göstərdiyi yetkinliklə dünyanın ən qabaqcıl demokratik mədəniyyətə malik ölkələrindən biri olduğunu göstərdi./Report

Paylaş:

Ən son xəbərlər