BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiyada həbs edilərək Azərbaycana ekstradisiyası olunan şəxs məhkəmə qarşısında

Sumqayıtda dələduzluqda təqsirləndirilən Elnur Şahsuvarovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Aynur Rzayevanın icraatına verilib.

 

Məhkəmənin hazırlıq iclası mayın 23-nə təyin edilib.

 

Qeyd: Elnur Şahsuvarov barəsində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq əməlini törətməsinə dair əsaslı şübhələr müəyyən edilib.

 

Bununla bağlı Sumqayıt Şəhər Polis İdarəsində barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında qərar qəbul edilməklə cinayət təqibi orqanından gizləndiyinə görə beynəlxalq axtarış elan edilib. Elnur Şahsuvarov 21.10.2020-ci il tarixdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində müəyyən edilərək həbs olunub.

 

24.06.2022-ci il tarixdə Elnur Şahsuvarov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiya Federasiyasından Azərbaycana ekstradisiyası edilib.

 

Kamal Məmmədov

Tarix: 16 May 2023, 09:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin