BURADA REKLAMINIZ OLA
BİLƏR

Arvadını öldürən 70 yaşlı kişinin məhkəməsi başlayır

Ağcabədi rayonunda təqsirləndirilən 70 yaşlı Əliyar Mehdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Nahid Hüseynovun icraatına verilib.

 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Bu il yanvarın 15-də 1956-cı il təvəllüdlü Güldəstə Mehdiyevanın kəsici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

 

Araşdırmalarla cinayət əməlini onun həyat yoldaşı 1953-cü il təvəllüdlü Əliyar Mehdiyevin törətməsi ilə bağlı əsaslı şübhələr müəyyən olunub.

 

Məlumata görə, hadisədən sonra 70 yaşlı Əliyar Mehdiyev intihara cəhd edib.

 

Belə ki, Əliyar Mehdiyev 67 yaşlı həyat yoldaşı Güldəstə Mehdiyevanı kəsici-deşici alətlə öldürdükdən sonra bir neçə dərman içib. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və yaralının həyatını xilas etmək mümkün olub.

 

Hadisəyə ailədaxili münaqişənin səbəb olduğu bildirilib.

 

Əliyar Mehdiyevin səhhəti yaxşılaşdıqdan sonra o, təqsirləndirilən şəxs qismində həbs olunub.

 

Kamal Məmmədov

Tarix: 16 May 2023, 09:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin