Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

CHP-dən istefalar başladı

2 153
Paylaş:
CHP-dən istefalar başladı

CHP-nin sədr müavini Onursal Adıgözəl istefa verib.

O, "Twitter" hesabında istefa ərizəsini təqdim edib.

Məlumata görə, istefaya səbəb Adıgözəlin sosial mediada tənqidlərə cavabı olub.

Belə ki, CHP-nin mayın 14-ü axşam saatlarında seçkinin nəticələrini rəsmi şəkildə TV-də dərc etməməsi böyük reaksiyalara səbəb olub. O, vətəndaşlara cavabında "Cümhuriyyət Xalq Partiyası olaraq heç vaxt hər kəs üçün əlçatan bir seçki nəticələri ekranı yayımlamaq öhdəliyi götürməmişik", - deyə qeyd etmişdi.

Bu açıqlamadan saatlar sonra CHP sədri Kamal Kılıçdaroğlu CHP İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə müavinini Onursal Adıgözəli vəzifəsindən azad edib.

Adıgüzel sosial media hesabından açıqlamasında bunları deyib: "İctimaidəki mənfi rəyə görə, 2018-ci ildən bəri davam etdirdiyim işimi, liderimiz cənab Kamal Kılıçdaroğlunun seçki prosesinə xələl gətirməmək üçün, sistemlərimizin axşam saatlarında işləməsinə baxmayaraq, vəzifəmi tərk edirəm. Seçkilərdə heç bir texniki problem yox idi".(Unikal.az)

Paylaş:

Ən son xəbərlər