Özbəkistanın keçmiş Prezidenti İslam Kərimovun oğlu Petr Kərimov Rusiyanın Krasnoqorsk şəhərində həyat yoldaşını döyüb.
Onlar mübahisə ediblər və P.Kərimov həyat yoldaşı Yuliya Smetankinaya bir neçə dəfə zərbə endirib. Qonşuların çağırışı ilə hadisə yerinə polislər gəliblər.
Qadın müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Ona qarın nahiyəsinin küt travması, beyin silkələnməsi və qanaxma diaqnozu qoyulub.