Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

ABŞ Maliyyə Nazirliyi ölkədə müvəqqəti defolt tarixini açıqladı

975
Paylaş:
ABŞ Maliyyə Nazirliyi ölkədə müvəqqəti defolt tarixini açıqladı

ABŞ Maliyyə naziri Canet Yellen ölkənin iyunun 1-də defolt ola biləcəyini təsdiqləyib.

Bu barədə nazirin ABŞ Konqresinin üzvlərinə ünvanladığı məktubda bildirilib.

“Maliyyə Nazirliyi, çox güman ki, iyunun əvvəlində və potensial olaraq iyunun 1-də artıq bütün hökumət öhdəlikləri üçün cavab verə bilməyəcək”, - deyə sənəddə vurğulanıb.

Yellen, həmçinin ABŞ-nin kredit qabiliyyətini qorumaq üçün millət vəkillərini milli borc tavanını dərhal qaldırmağa çağırıb.

Bundan əvvəl Ağ Evin rəhbəri Co Bayden ABŞ-də defolt halında bütün dünya üçün problemlər olacağını proqnozlaşdırmışdı. Eyni zamanda, o, respublikaçıların bu böhrana görə məsuliyyət daşıdığını bildirdi./Oxu.az

Paylaş:

Ən son xəbərlər