NATO-nun Brüsseldə yerləşən mənzil-qərargahında ilk dəfə olaraq Daimi Nümayəndələrin Müavinləri Komitəsi (DPRC) formatında Alyans və Azərbaycan arasında enerji təhlükəsizliyi üzrə dialoq baş tutub.
Pravda.az xəbər verir ki, iclasda Azərbaycan Respublikasının energetika nazirinin müavini Elnur Soltanov, Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə, habelə nümayəndəliyin heyəti iştirak edib. Nazir müavini E.Soltanov NATO mənzil-qərargahına səfəri çərçivəsində, həmçinin NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina və Beynəlxalq Katibliyin İqlim və enerji təhlükəsizliyi bölməsinin rəhbəri Mixael Rühle ilə ikitərəfli görüşlər keçirib.