2021-ci il iyulun 8-də Xəzər rayonu Binə qəsəbəsi Sovxoz adlanan ərazidə 1980-ci il təvəllüdlü Yadigar Cəfərov qeyri-rəsmi münasibətdə olan arvadı Elnarə Musayevanı öldürərək intihara cəhd etməsi barədə polisə məlumat daxil olub.
Hadisə yerinə baxışı zamanı evdən 1986-cı il təvəllüdlü E. Musayevanın meyiti tapılıb.
İntihara cəhd edən Beyləqan rayon sakini Yadigar Cəfərovun sinə nahiyəsindən cərrahiyyə əməliyyatı zamanı qatlanan bıçaq çıxarılıb və tibbi yardım nəticəsində həyatı xilas edilib.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, iyulun 8-i saat 16 radələrində Yadigar Cəfərov özünə məxsus evdə qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Elnarə Musayeva ilə qısqanclıq zəmnində mübahisə edib. Sonra məişət təyinatlı mətbəx bıçağı ilə, ümumilikdə 14 dəfə zərbə vuraraq, zərərçəkmişi qəsdən həyatdan məhrum edib.
İş üzrə dindirilmiş Yadigar Cəfərov bildirib ki, 2007-ci ildə Elnarə Musayeva ilə qeyri-rəsmi ailə həyatı qurub. Yaşadıqları dövrdə 2 övladları dünyaya gəlib:
“2011-ci ildə Beyləqan rayonundan Bakıya gələrək, Binə Südçülük Sovxozunda torpaq sahəsi alıb 2 otaqlı ev tikdim. Təxminən 2015-ci ildən Elnarə mənə heç nə demədən tez-tez evi tərk edirdi. Son zamanlarda hətta uşaqları məndən icazəsiz götürüb aparırdı. 2021-ci il iyunun 2-də mübahisə zamanı yumruqla xəsarətlər yetirdiyim üçün arvadım 3-cü Polis Bölməsinə məlumat verdi. Xəzər rayon Polis İdarəsində CM-nin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə başlanılan cinayət işi rayon məhkəməsinə göndərildi. İyulun 7-də Elnarə ilə barışıq əldə olunduğuna görə cinayət məsuliyyətindən azad edildim. Həmin ərəfələrdə istifadə etdiyimiz elektrik enerjisinə görə borcum yarandığı üçün “Azərişıq" ASC-nin əməkdaşları evimin işıqlarını kəsdilər. Bununla əlaqədar baş vermiş dava vaxtı işçilər tərəfindən döyüldüm. Xəsarət almağımla bağlı başlayan işə də növbəti gün, yəni iyulun 8-də məhkəmədə baxıldı. Prosesdə “Azərişıq” əməkdaşları ilə barışdığım üçün işə xitam verildi. Həmin gün Elnarə artıq mənimlə yaşamaq istəmədiyini bildirdi. Evdən paltarlarını götürmək istədiyini deyən arvadımla birlikdə evə gəldik. Aramızda yaranmış münaqişə zamanı pəncərənin yanında olan bıçağı götürüb Elnarəyə xəsarətlər yetirməyə başladım. Neçə bıçaq zərbəsi vurmağım yadımda deyil. Elnarənin öldüyünə əmin olub, həyətə çıxdım və özümü öldürmək məqsədilə, cib bıçağı ilə ürəyimə zərbə endirdim. Bundan sonra heç nəyi xatırlamıram. Gözlərimi açanda xəstəxanada olduğumu bildim”.
Yadigar Cəfərov əlavə edib ki, Elnarə Musayevaya öldürmək məqsədi ilə xəsarətlər yetirib. Övladları başsız qaldığı üçün çox peşmandır.
Zərərçəkmiş şəxsin hüquqi varisi Arzu Musayeva ifadəsində göstərib ki, qızı Elnarə 2007-ci ildə Yadigar Cəfərova könüllü qoşulub qaçıb: