Ötən gündən etibarən dünyanın nüfuzlu media orqanlarında deputat Cavanşir Feyziyevin işi üzrə London “Westminster Magistrates” Məhkəməsinin qərarında adı hallanan şəxsin kimliyinin müəyyən olunduğu ilə bağlı silsilə məqalələr dərc olunur.
Pravda.az BBC-yə istinadən xəbər verir ki, həmin şəxsin britaniyalı məşhur iş adamı, xeyriyyəçi və Mühafizəkarlar Partiyasının ianəçisi Cavad Marandi olması müəyyənləşib. O, əslən İranın Marand şəhərindəndir. Etnik azərbaycanlı olan iş adamı Böyük Britaniya vətəndaşıdır.
O, uzun müddətdir kimliyinin üzə çıxarılmasının reputasiyasına xələl gətirəcəyini əsaslandırırmış. Belə ki, bütün məhkəmə sənədlərində Marandinin kimliyi “MNL” olaraq keçir. Buna cavab olaraq Britaniya Yayım Korporasiyası BBC və “The Evening Standard” qəzeti iş adamının adının açıqlanmasını tələb edərək məhkəməyə müraciət ediblər. Nəticədə 19 aylıq mübarizədən sonra London məhkəməsi jurnalistlərin iddiasını təmin edib və Feyziyev işi üzrə hökmdə adı çəkilən “nüfuzlu azərbaycanlı iş adamının” Cavad Marandi olduğunu elan edib.
.jpg)
Məhkəmənin qərarına görə, burada əsas rolu “Avromed” şirkəti oynayıb.
İş adamının sözçüsü məsələ ilə bağlı açıqlamasında Marandinin baş verən proseslərdən məyusluq keçirdiyini bildirib: “Cənab Marandi məhkəminin onun reputasiyasına dəyəcək ziyanı bilə-bilə belə qərar qəbul etməsindən dərin məyusdur”.
.jpg)