Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Etibar Hüseynov: “Ay qardaş, heç insan övladı da 100 gün ac-suz qala bilər?”

1 367
Paylaş:
Etibar Hüseynov: “Ay qardaş, heç insan övladı da 100 gün ac-suz qala bilər?”

Adətən mən məhbus olan şəxslər barədə yazmıram. Amma Əli Kərimli imkan vermir. Bu günkü statusunda yazıb ki: "Əlizamin Salayev aclığın 100-cü günündə məhkəməyə gıtiriləcək". Bəli-bəli düz eşitdiiniz-məhz 100-cü gün. Ay qardaş, heç insan övladı da 100 gün ac-suz qala bilər? Bunlar "demokratik mübarizə" adına bütün dəyərləri oyuncağa çevirib, gözdən saldılar. Sonra da deyirlər ki: "Xalq bizə niyə inanmır?". Day sən, Xalqı "lox" yerinə qoyanda, xalq da sənə dirsək göstərəcək də. İndi bundan sonra hər içəridə yatan deyəcək ki: "30-50 gün aclıq etdim". Bir söz deyəndə də cavab verəcəklər ki," bəs o vaxt Əlizamin 100+ etmişdi. Əslində bizlər bu cürə "dejəvyü"lərə çox şahidlik etmişik. Amma daha 100+ da yox...

Pravda.az-ın xəbərinə görə, bunu sabiq deputat Etibar Hüseynov bildirib.

“Açıb baxıram "Google"a. Məlum olur ki, dəvə-dəvəliyi ilə uzaqbaşı 14 gün susuz və cəmi 30 gün ac qala bilir. Dəvədən böyük fil isə 5 gün susuz, uzağı 7 gün isə ac qala bilir. Təbabət elmi onu da deyir ki: "insan ac qalıb, hətta su içərsə belə, o uzağı 2 ay yaşaya bilər". Cəmi ikicə ay. O da ki, uzaqbaşı. İndi bu minvalla Əlizamin Salayev hətta quru aclıq etməsəydi belə, gərək idi ki, düz 5 dəfə ölüb-diriləydi. Biz eşitmişik və görmüşük ki, əgər bir dustaq aclıq edirsə və onun bu aksiyası həyatı təhlükə kəsb edirsə, onda o, məcburi qaydada da olsa yedirdilir. Və yaxud da apellyasiya-filanla azadlığa buraxılır. Amma biz bunların heç birini görmədik. Əvəzində isə  Əlizamin Salayev hələ ki, Əli Kərimlinin təhriki ilə 100-ü adlayan bir "komediya"da rol alıb. A kişilər, bir az ciddi, bir azca da səmimi olun da. Heç olmazsa vaxtınız olanda arada bir  "Google"-filana da baxın. Yoxsa biabır etmisiniz millətin adını” – E.Hüseynov qeyd edib.

Paylaş:

Ən son xəbərlər