Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Bəraət alan ömürlük məhkumla bağlı verilmiş protest icraata götürüldü

908
Paylaş:
Bəraət alan ömürlük məhkumla bağlı verilmiş protest icraata götürüldü

Ömürlük məhkum edilən şəxsin bəraət alması barədə qərardan verilən kassasiya protesti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək iclas iyulun 12-nə təyin edilib.

Şikayət hakim Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.

Xatırladaq ki, 2003-cü ildə Bakıda Aida Yəhyayeva və onun qardaşı qızı Samirə Yəhyayevanın dərmandan zəhərlənərək ölmələri barəsində prokurorluğa məlumat daxil olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. 6 il davam edən istintaqın sonunda onların intihar məqsədilə dərman içmədikləri açıqlanıb. Aydın Qəhrəmanov 2013-cü il avqust ayında həbs edilib.

İttihamda göstərilib ki, Astara rayon sakini Qəhrəmanov Aydın Rəhman oğlu qeyri-rəsmi nikahda yaşadığı Aidə Yəhyayeva və onun qardaşı qızı Samirə Yəhyayevanı zəhərləyərək öldürüb. Cinayət törətməyə səbəb isə Aidənin bacısı Nazilə Yəhyayevaya məxsus 4 otaqlı mənzili ələ keçirmək niyyətinə düşməsi olub.

Aydın Qəhrəmanov “Finlepsin” və “Amirtiptilin” dərmanlarını yuxugətirici kimi zərərçəkmiş şəxslərə içirib. Aidə və Samirə Yəhyayeva zəhərlənmədən vəfat ediblər. Aydın Qəhrəmanova Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aydın Qəhrəmanov verilmiş ittihamlarla təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilib. Aydın Qəhrəmanov 9 il sonra-ötən ilin oktyabr ayında bəraət alaraq azadlığa buraxılıb. Bu qərardan isə prokurorluq kassasiya protesti verib.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər