Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Evdən 10 min manatlıq oğurluq edildi

848
Paylaş:
Evdən 10 min manatlıq oğurluq edildi

Xəzər rayonunun Türkan qəsəbəsindəki evlərin birindən 10.000 manat dəyərində məişət və geyim əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-dən Pravda.az-a verilən xəbərə görə, Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əkbər Məsumzadə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Paylaş:

Ən son xəbərlər