BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabirabad RİH-dən asfalt örtüyü ilə bağlı iddialara reaksiya

Sabirabad Rayon İcra Hakimiyyəti “Sabirabadda əllə qoparılan “keyfiyyətli” asfalt örtüyü” başlıqlı xəbərə reaksiya verib.

 

Pravda.az-ın xəbərinə görə, RİH-dən bildirilib ki, “Sabirabad şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 1 may 2023-cü il tarixli Sərəncamının icrası olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Sabirabad şəhəri Heydər Əliyev prospektinin yolunda əsaslı təmir işləri aparılır.

 

“Ümumi uzunluğu 4,3 km olan 2 hərəkət zolaqlı avtomobil yolunda əsaslı təmir işləri çərçivəsində prospekt boyu köhnə asfalt-beton örtüyünün üst qatı yenisi ilə əvəzlənir və artıq 3 km-ə yaxın hissəsində asfaltlaşma işləri yekunlaşmışdır. Məlumat üçün bildiririk ki, yolun əsaslı təmiri işləri yerinə yetirilərkən, texnoloji ardıcıllığa uyğun olaraq hazırlıq işləri (ehtiyac olarsa hamarlayıcı qat verilir), asfalt-beton örtüyün alt qatının tikilməsi işləri yerinə yetirilir. Sonda asfalt-beton örtüyün üst qatı tikilərək yolun əhəmiyyətinə uyğun olaraq layihə-smeta sənədlərində nəzərdə tutulmuş həndəsi ölçülərin alınması təmin olunur. Mütəxəssislərimiz tərəfindən sözügedən əraziyə vizual baxış keçirilərək müəyyən edilmişdir ki, yolda asfalt-beton örtüyün üst qatı tikilərkən yolun hərəkət hissəsinin kənarında videomüraciətdə qeyd olunan artıq asfalt-beton hissə kəsilib götürülmüş və yolun həndəsi ölçüləri bərpa edilib”, - məlumatda qeyd olunub.

Tarix: 18 May 2023, 11:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin