BURADA REKLAMINIZ OLA
BİLƏR

Söyüşə görə qonşusunu qayçı ilə qətlə yetirən şəxsin hökmü dəyişdirildi

Gəncə Apellyasiya Məhkəməsində Bərdə rayonunda qəsdən adam öldürməkdə təqsirləndirilən təqsirləndirilən Rəşad Musayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti və apellyasiya protestinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyib, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti isə qismən təmin olunub.

 

Belə ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli hökmündən təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsinə dair müddəalardan könüllü gəlmə xaric edilib. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb.

 

Qeyd: Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad Musayev 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Rəşad Musayevin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

Xatırlatma: 2022-ci il iyunun 28-i saat 01 radələrində Bərdə rayonu, Əmirli kəndində Toğrul Abdullayev qayçı ilə vurularaq öldürülüb.

 

Zərərçəkmişin həmkəndlisi Rəşad Musayev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı məişət təyinatlı qayçı ilə Toğrul Abdullayevin sol döş qəfəsi nahiyəsinə bir ədəd xəsarət yetirib. Nəticədə o, almış olduğu xəsarətdən xəstəxanada ölüb.

 

Rəşad Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

İttihama görə, hadisədən bir qədər əvvəl Toğrul Abdullayev avtomobilli yüksək surətlə hərəkət edib. Rəşadın atası isə zərərçəkmişə iradını bildirib. Buna görə Toğrul kəndin mərkəzində yerləşən çayxanın qarşı tərəfində Rəşadın atasının ünvanına nalayiq ifadələr işlədib. Təqsirləndirilən şəxs isə əsəbləşərək Toğrul Abdullayevlə çayxananın arxa tərəfindən mübahisə edib, zərərçəkmiş özündə olan qayçı ilə onu vurmaq istəyib. Rəşad qayçını onun əlindən alaraq cibinə qoyub oradan uzaqlaşaraq yaşadığı evə qayıdıb.

 

Həmin gün saat 20 radələrində Toğrul Abdullayevin təkidi ilə kənd ərazisində görüşüb. Bu zaman Toğrul onun ailə üzvlərini təhqir edib. Daha sonra Rəşad onu qayçı ilə qətlə yetirib.

 

Kamal Məmmədov

Tarix: 18 May 2023, 13:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin