Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Bakı şəhəri, Nəsimi rayonu “Məşədi Dadaş” məscidinə qadın dini ayinlərin icraçısı təyin edib.
Komitədən Pravda.az-a verilən xəbərə görə, Dövlət Komitəsi sədrinin əmri ilə bu vəzifəyə Elnarə Orucova təyinat alıb. E.Orucova İslam dininə aid ibadət yerlərinə qadın dini ayinlərin icraçısı vəzifəsini tutmaq üçün Dövlət Komitəsinin cari ilin 13-15 fevral tarixlərində təşkil etdiyi müsahibədən yüksək bal toplayaraq uğurla keçib.