BURADA REKLAMINIZ OLA
BİLƏR

Kişi 7-ci arvadını və onun nənəsini niyə öldürmək istəyib? - AĞIR CƏZA

Lənkəran Ağır Cinayətlər Məhkəməsinə Kürdəmirdə arvadını və onun nənəsini bıçaqlamaqda təqsirləndirilən Hikmət Əhədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə Şəhriyar Niyazov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Şirvan Apellyasiya Məhkəməsi isə onun apellyasiya şikayətini təmin etməyib.

 

Qeyd: Ötən il sentyabrın 6-da Lənkəran rayon sakini, 39 yaşlı Hikmət Əhədov ailə münaqişəsi zəminində Kürdəmirin Topalhəsənli kəndində həyat yoldaşı, 24 yaşlı Nargilə Əkbərovanı və onun nənəsi, 62 yaşlı Kifayət Məmmədovanı bıçaqlayıb.

 

Məlum olub ki, Nargilə Əkbərova hadisədən 3 gün əvvəl Kürdəmirin Topalhəsənli kəndində yaşayan nənəsi Kifayət Məmmədovanın evinə qonaq gəlib. Hadisə günü səhər saatlarında isə onun 3 ay əvvəl ayrıldığı həyat yoldaşı Hikmət Əhədov Nargilə Əkbərovanı geri qaytarmaq məqsədilə həmin evə gəlib.

 

Daha sonra Hikmət Əhədov özünü bıçaqlayıb. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar, onların həyatını xilas etmək mümkün olub.

 

İddiaya görə, Hikmət Əhədov əvvəllər 6 dəfə ailəli olub. O, 5 ay əvvəl Bakıda Ağsu rayon sakini olan Nargilə Əkbərova ilə tanış olub və onlar ailə qurublar. Lakin 2 ay sonra Nargilə Əkbərova Hikmətdən ayrılaraq Bakıdan Ağsunun Ərəbmehdibəy kəndinə - anasıgilə qaçıb. Bu müddət ərzində Hikmət onu axtarıb və Nargilənin daha sonra Kürdəmirin Topalhəsənli kəndində nənəsigildə qaldığını öyrənib. Kürdəmirə gələn Hikmət Əhədov onların yaşadığı evi tapıb və ötən gecə mənzilə basqın edərək Nargilə ilə nənəsini bıçaqlayıb.

 

İttihama görə, təqsirləndirilən şəxs sərxoş vəziyyətdə Kifayət Məmmədovaya məxsus Kürdəmir rayonu Topalhəsənli kəndində yerləşən fərdi yaşayış evinin həyətinə gəlib, orada Nargilə ilə birlikdə Bakı şəhərinə getməyi təklif edib. Lakin Nargilə onunla getməkdən imtina edib. Sonra o, arvadını qəsdən öldürmək qərarına gəlib və bu məqsədlə əvvəlcədən üzərində gəzdirdiyi bıçaqla hadisəni törədib.

 

Kamal Məmmədov

Tarix: 18 May 2023, 17:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin