Moskva meri Sergey Sobyanin quş qripi ilə əlaqədar paytaxtın bir sıra rayonlarında karantin elan edib.
Bu ərazilərdə karantin elan edildi
Bu barədə mos.ru saytı məlumat yayıb.
Bildirilib ki, Moskvanın xəstəliyin yayılma ehtimalı olan zona-rayonlarının siyahısına Brateevo, Kapotnya, Maryino, Lyublino, Peçatniki, Moskvoreçye-Saburovo, Tsaritsıno, Şərqi Biryulyovo, Orexovo-Borisovo Şimal və Cənub, Zyablikovo daxildir./APA