Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Azərbaycanda tanınmış aktyor həbs olundu - FOTO

15 489
Paylaş:
Azərbaycanda tanınmış aktyor həbs olundu -   FOTO

Tanınmış aktyor, rejissor və ssenarist Rza Rzayev həbs olunub.

Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilərək, barəsində 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarıb. Xəbəri APA-ya Rza Rzayevin vəkili Səlahəddin Cəfərov təsdiq edib.

Qeyd edək ki, tanınmış aktyor Tural Mirzəliyev və Ülvi Quliyevin şikayətləri əsasında həbs edilib. Cinayət işi 2018-ci ildən davam edir və bu gün zərərçəkənlərin birinci instansiya məhkəməsinin qərarından verdikləri apellyasiya şikayətinə baxılıb.

Paylaş:

Ən son xəbərlər