Beynəlxalq taksi şirkətləri Azərbaycan qanunvericiliyini pozurlar.
Pravda.az Xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət bu şirkətlərin xidmətlərindən istifadə edərkən müştərilərin qeydiyyat zamanı təqdim etdiyi fərdi məlumatların ölkə xaricində yerləşən məlumat bazalarında toplanmasından gedir.
Azərbaycanda mövcud olan “fərdi məlumatlar haqqında qanun”a əsasən isə həmin informasiyanın ölkə xaricinə çıxarılması yolverilməzdir.
Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Orucov bildirib ki, məsələ ilə bağlı taksi şirkətləri ilə görüş keçirilib. Şirkətlərə qanunun tələblərinə riayət edilməsinin vacibliyi çatdırılıb.