Lənkəran Ağır Cinayətlər Məhkəməsinə Ağcabədi rayonunda avtomobillə piyadanı vuraraq öldürməkdə təqsirləndirilən Ə.Süleymanovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirlən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Ə.Süleymanov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Şirvan Apellyasiya Məhkəməsi isə onun cəzasını 6 ilə endirib.
Qeyd: Ötən il aprelin 14-ü saat 22 radələrində Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində rayon sakini Ə.Süleymanov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Elnur Quliyevi vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Daha sonra sürücü hadisə yerindən qaçıb.
O, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılpb və məsuliyyətə cəlb edilib.
Kamal Məmmədov