BURADA REKLAMINIZ OLA
BİLƏR

“OBA market”in administratoruna elektron qolbaq taxıldı

Lənkəran Ağır Cinayətlər Məhkəməsində “Veysəloğlu” şirkətlər qrupuna daxil olan “OBA market” MMC-nin Satış Əməliyyatları Şöbəsinin “OBA” marketlər şəbəkəsinin Lənkəran filialında satıcı-kassir, əmək müqaviləsinə əlavə ilə administrator vəzifəsində işləmiş Elxan Cəfərzadənin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirlən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 2 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

 

Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Şirvan Apellyasiya Məhkəməsinin hakimi Elşad Əliyev qeyd edib ki, protest qismən təmin edilib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən dəyişdirilib.

 

Belə ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin (CM) 179.2.3 (mənimsəmə) və 179.2.4-cü maddələri ilə təyin edilmiş 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə yanaşı CM-nin 46.2-ci maddəsi tətbiq olunmaqla ona 1 il 6 ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum etmə əlavə cəzası təyin edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılıb.

 

Qeyd: Rəsmi məlumata görə, “Veysəloğlu” şirkətlər qrupuna daxil olan “OBA market” MMC-nin Satış Əməliyyatları Şöbəsinin “OBA” marketlər şəbəkəsinin Lənkəran filialında mənimsəmə faktı ilə bağlı daxil olmuş müraciət əsasında araşdırma aparılıb.

 

Aparılan araşdırma zamanı müəyyən edilib ki, həmin filialda satıcı-kassir, əmək müqaviləsinə əlavə ilə administrator vəzifəsində işləmiş Elxan Cəfərzadə 28.03.2017-ci il tarixindən 21.05.2018-ci il tarixədək olan müddətdə cəmiyyətə məxsus qeyri-qida məhsullarını kassadan kənar şəkildə müxtəlif şəxslərə və ticarət obyektlərinə sataraq əldə etdiyi 73 min 907 manat məbləğində pul vəsaitini xəzinəyə ödəməyərək özünün şəxsi ehtiyacları üçün sərf edib.

 

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Kamal Məmmədov

Tarix: 19 May 2023, 10:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin