Audiovizual Şuranın videoformatda keçirilən iclasında "Space" TV cəzalandırılıb. Teleqraf.com xəbər verir ki, buna səbəb sözügedən kanalda “Gəl, danış” verilişində Anar adlı şəxsin telefonla studiyaya bağlanaraq əməkdar artist Cavanşir Məmmədovla dialoqu zamanı qeyri-etik sözdən istifadə etməsi olub.
Məsələ ilə bağlı Cavanşir Məmmədov ilə əlaqə saxladıq. Əməkdar artist saytımıza açıqlamasında bu sözləri dedi: "Məsələ mənimlə əlaqəli deyil. Mən həmin şəxsə sual verdim. Məgər sabah taksi sürücüsü bir hadisə törətdi, vəkil tutmalı deyil? Sürücü pul qazanmır? Vəkil tut və o, işini həll etsin. İkincisi də deyir ki, mən nazir deyiləm, o qədər pulum olsun. Sən hardan bilirsən ki, nazirlərin o qədər pulu var? Sən nazir deyilsən və niyə onların adından danışırsan. İşləyirsən, pul qazanırsan, boşanma hadisəsidir, vəkil tut və həll et.