“Bu həftənin əvvəlindən Moskvada həm SSRİ-nin, həm də Azərbaycanın böyük dövlət xadimi olan Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilir”. Oxu.Az-ın məlumatına görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar zamanı deyib.
O, ümummilli lider Heydər Əliyevi ölkələrimizi birləşdirən şəxsiyyət adlandırıb.