Xəbər verdiyimiz kimi, mayın 8-də 1989-cu il təvəllüdlü Məmmədov Nizami İbrahim oğlunun Belçikada itkin düşməsi ilə bağlı Azərbaycanın Belçikadakı Səfirliyinə müraciət edilib. Mayın 15-də isə səfirliyin yaydığı məlumata əsasən, Nizami Məmmədovun yeri müəyyən edilib.
Prosesin davamı olaraq, Azərbaycanın Belçikadakı Səfirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda Nizami Məmmədovun məsələsinə Belçika hökuməti tərəfindən baxılmaqdadır.