Xalq artisti Emin Ağalarov sosial şəbəkədə yeni paylaşım edib. Baku.ws xəbər verir ki, sənətçi instaqram hesabında yaxın dostunun fotosunu paylaşaraq onu müharibədə itirdiyini bildirib:
"Əzizim, Saşa. Deməyə sözüm yoxdur, sən hər zaman bizimlə olacaqsan. Aleksandr Satalkin şərəfli döyüşçü kimi dünyasını dəyişdi. Onu illərdir tanıyıram, yerin cənnət olsun. Ailəsinə başsağlığı verirəm".
