“Azərbaycan və Ermənistan təmsilçiləri Vaşinqton və ya Brüsseldə görüşdükdə təmas xəttində təxribat baş verir, ancaq elə ki, görüş yeri kimi Rusiya paytaxtı seçilir, nisbi sakitlik hökum sürür”.
“Rusiyanın Ermənistan ordusundakı “5-ci kolonu”na əmr verilir ki...”
Pravda.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Qərb paytaxtlarında görüşləri və onların nəticələrini pozmağa çalışan Rusiyanın Ermənistan ordusundakı “5-ci kolonu”na bu dəfə əmr verilir ki, Moskvada görüş davam edərkən atəş açmasınlar. Bunun əvəzinə Rusiya Qarabağdakı erməni separatçılarını silahlandırmaqda davam edir” - E.Şahinoğlu əlavə edib.