Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

MM-in Səhiyyə komitəsinin üzvü: “Əlizamin Salayevi kimsə məcbur etməyib ki, aclıq elan et...”

1 266
Paylaş:
MM-in Səhiyyə komitəsinin üzvü: “Əlizamin Salayevi kimsə məcbur etməyib ki, aclıq elan et...”

Milli Məclisin (MM) Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı AXCP-nin həbsdə olan üzvü Əlizamin Salayevin 100 gündən artıqdır, aclıq aksiyası keçirməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Deputat Pravda.az-a açıqlamasında deyib ki, aclıq aksiyası keçirmək Əlizamin Salayevin şəxsi işidir.

“Onu kimsə məcbur etməyib ki, aclıq elan et. Özü elan etdiyi kimi, yəqin, özü də aclığını dayandıracaq. Doğrudur, hər adam bunu bacarmır, amma real həyat təcrübəsi göstərir ki, insan uzun müddət ac qala bilir. Fevral ayında Türkiyədə baş verən zəlzələ zamanı bunun şahidi olduq”, - deputat bildirib.

Aytəkin Qardaşova 

Paylaş:

Ən son xəbərlər