Zaqatalada özünü informasiya saytının rəhbəri kimi təqdim edib, dələduzluqla məşğul olan şəxs həbs edilib.
Özünü informasiya saytının baş redaktoru və vəzifəli şəxs kimi təqdim edərək Zaqatala rayonu ərazisində ayrı-ayrı sahibkarları şantaj etmək yolu ilə pul tələb edən, rayonun Aşağı Tala kənd sakini Vüqar Rəcəb oğlu Musayev saxlanılıb.