BURADA REKLAMINIZ OLA
BİLƏR

“Dəmir yumruq” uzun zamandır həmin divara həkk edilibmiş...

Xəbər verdiyimiz kimi, İçərişəhərdə müzakirələrə səbəb olan “Kiçik Qala” küçəsi 84 ünvanında divara həkk edilmiş “dəmir yumruq” abidəsi sökülüb.

 

Pravda.az xəbər verir ki, sosial şəbəkələrdə müzakirələr zamanı həmin abidə İçərişəhərin tarixi divarlarına müdaxilə kimi dəyərləndirilir. Abidənin hazırlanması üçün vəsaitin dövlət büdcəsindən ayrıldığını iddia edənlər nəticədə ortaya səriştəsiz iş qoyulmasını ciddi tənqid edirlər.

 

Məsələ ilə bağlı ötən gün İçərişəhər Qoruq İdarəsinə soğru göndərsək də, qurumdan heç bir mövqe bildirilməyib.

 

Bu səbəbdən Pravda.az məsələni dəqiqləşdirmək üçün kiçik araşdırma aparıb. 

 

Sosial şəbəkələrdə də deyildiyi kimi, “dəmir yumruğ”un müəllifi tanınmış rəssam, heykəltaraş Əli Şəmsidir. Heykəltaraş həmin abidəni öz təşəbbüsü ilə hazırlayıb. “Dəmir yumruq” uzun zamandır həmin divara həkk edilib. Lakin sosial şəbəkələrdə fotosu yeni yayıldığı üçün birdən-birə ictimaiyyətdə belə müzakirə yaranıb. Əli Şəmsi abidəni İçərişəhərdə hər zaman tursitlərin və yerli sakinlərin diqqətini cəlb edən öz məşhur emalatxanasının qarşısında divara həkk edib. Emalatxana Əli Şəmsinin öz şəxsi mülkiyyətidir, yəni heç bir tarixi abidəyə müdaxilədən söhbət gedə bilməz. Rəssam Vətən müharibəsində də öz təşəbbüsü ilə cəbhəyə xeyli yardımlar göndərib. “Dəmir yumruğ”u da məhz qələbənin şərəfinə düzəldib.

 

Uzun illərdir, “Kiçik Qala” küçəsində fəaliyyət göstərən emalatxananın qarşısındakı məşhur pələng dekorasiyasını da məhz Əli Şəmsi öz təşəbbüsü ilə hazırlayıb. Emalatxananın ətrafındakı məşhur “qız ağacı”nın da müəllifi Əli Şəmsidir.

 

Aytəkin Qardaşova

Tarix: 20 May 2023, 12:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin