Əksər müasir ölkələrdə xüsusilə elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması və təkmilləşdirilməsi əsas prioritet hesab olunur. Elmi-kütləvi, mədəni-maarif, təhsil proqamları insanların bilik səviyyəsinin artmasında, əhatəsinin genişlənməsində, informasiya ilə təmin olunmasında, ümumilikdə, cəmiyyətin həyatında müsbət istiqamətdə mühüm rol oynayır. Bu proqramların inkişaf etdirilməsi, icrası olduqca vacib məsələ hesab olunur. Mütəxəssislər düşünürlər ki, elmi-kütləvi, mədəni-maarif, təhsil proqamlarında əks olunanların icra prosesi ləngiməməlidir. Onların fikrincə, Azərbaycanda bu istiqamətdə mühüm işlər görülməsinə baxmayaraq, ölkəni dünyanın yenidən elm-mədəniyyət beşiyinə çevirə bilən elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarına ciddi ehtiyac var.
Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov hesab edir ki, bu gün Azərbaycanda elmi-kütləvi verilişlərə yer ayrılır, təhsil proqramları istiqamətində addımlar atılır.
“Gənclərin maarifləndirilməsi, yeni biliklər əldə etməsi, dünya görüşünün artırılması, intellektual səviyyəsinin yüksəldilməsi istiqamətində dövlət tərəfindən davamlı, ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirilir. Bu proses təhsilimizdə də gedir. Amma bu sahələr elə sahələrdir ki, geniş maarifləndirmə və təbliğat işlərinin aparılması davamlı xarakter almalıdır. Biz bu sahədə davamlı inkişafın şahidi olmalıyıq. Söhbət gənclərin daha çox savadlanması, biliklənməsi istiqamətdə görülən işlərdən gedir. Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə bu istiqamətdə mühüm addımlar atılmaqdadır. Hazırda belə tədbirlərin intensivləşməsinə, daha geniş əhali kütləsini əhatə etməsinə diqqət və qayğı daha da artırılmalıdır. Necə ki bu gün Azərbaycan dövləti, dövlət qurumları bunu edir. Gənclərin elmə marağının artırılması, onların vətənpərvər ruhda böyüməsi, milli-mənəvi dəyərlərimizə bağlı olması və bu ruhda yetişmələri istiqamətində müxtəlif tədbirlərin həyata keçirilməsi bütövlükdə gənclərimizin dəyərlərimizə daha bağlanması, sıx yetişməsi üçün çox önəmlidir. İnanırıq ki, bu cür tədbirlər dövlətimizin daha da güclənməsinə, inkişafına öz ciddi və müsbət töhfəsini mütləq verəcək”.
Əməkdar elm xadimi, professor Şahlar Əsgərov isə deyib ki, Azərbaycanda ümumdaxili məhsulun çox az hissəsi elmə ayrılır:
“Bu, heç 1% də etmir. Bunu AMEA-nın əvvəlki rəhbərliyindən soruşmuşdum. Elm və təhsil yaxşı inkişaf edən ölkələrdə bu rəqəm 3-5% arasındadır. Ona görə də Azərbaycanda bu sahədəki vəziyyət elə dediyimiz faizə uyğundur. Bu, təkcə bizdə yox, MDB dövlətlərinin hamısında belədir. Lap Rusiyanın özündə də bu cürdür. Rusiyada Elmlər Akademiyasının Sibir Bölməsinin prezidenti bu yaxınlarda çıxışında dövlətdən xahiş etdi ki, bizim büdcəmizi 3 dəfə artırın, çünki tək 5 ildə 50 minə yaxın alim ölkədən köçüb gedib. Alim cəmiyyətin ağıllı, öz qədrini, potensialını bilən təbəqəsidir. Alim o ölkəyə gedir ki, orada onun potensialına qiymət verirlər. Bu, İndoneziya da, Amerika da, İngiltərə də, Yaponiya da ola bilər. Ölkədə ağıllı, alim adamların qalmasını istəyirsənsə, gərək, bunun üçün xüsusi siyasət olsun”.
Sosial Tədqiqatlar Mərkəzinin elm və təhsil məsələləri üzrə tədqiqatçısı Elmin Nuri isə düşünür ki, bu gün Azərbaycan televiziya məkanında elmi-kütləvi, mədəni-maarif mövzulu təhsil proqramlarının hazırlanmasına ciddi, həyati əhəmiyyətli dərəcədə böyük ehtiyac var:
“Lakin çox təəssüf ki, son illər olduğu kimi indi də Azərbaycan televiziya məkanında bu kimi vacib məsələlərə münasibət yox səviyyəsindədir. Halbuki strateji inkişaf xəttimiz, yol xəritəmiz üçün təhsilin, elmin nə dərəcədə vacib olduğunu, televiziyanın bu baxımdan hansı məsuliyyət daşıdığını deməyə qəti şəkildə ehtiyac yoxdur. Təsəvvür edin, Azərbaycanda son illərdə təhsillə əlaqəli bir neçə proqram yaradılır, amma bir neçə verilişdən sonra isə həmin proqramın yayımı dayandırılır. Məsələn, AzTV-də yayımlanan “Təhsil üçbucağı” verilişi. Çox təəssüf ki, bir neçə buraxılışdan sonra həmin proqramın yayımı dayandı. Özəl televiziyalardan isə danışmağa belə dəyməz. Hətta radiolar bir saatlarını təhsilə həsr etməyə bir növ ərinirlər. Bəzən təhsillə bağlı verilişlər yaradılanda iki əsas detala toxunurlar: birincisi, həmin proqramları reklam motivi kimi istifadə etmək. Təhsillə bağlı veriliş açırlar, amma verilişdə hansısa dələduz xarici təhsil mərkəzinin, universitetlərə qəbul üçün abituriyent hazırlayan tədris hazırlığı mərkəzlərinin reklamı ilə məşğul olurlar. İkincisi, sırf təhsil adına ləkə gətirən, lakin bədbəxtlikdən təhsil müəssisələrində baş verən neqativ hadisələri işıqlandırırlar. Özəl kanalları kənara qoyaq. Çox arzu edirəm ki, heç olmasa, AzTV-də və İctimai TV-də birbaşa təhsillə bağlı proqram işə başlasın, çünki təhsil camiyəmizin buna çox böyük ehtiyacı var. 10 ildir, təhsil sahəsində həm jurnalist, həm tədqiqatçı kimi çalışdım. Bilirəm ki, müəllim kütləmizin, tələbə və şagird kontingentimizin, eyni zamanda böyük valideyn ordusunun buna nə dərəcədə böyük ehtiyacı var. Əfsus ki, bunu nəzərə almırıq. Bu gün ATV və Xəzər TV-də yalnız reklam xarakterli bir neçə təhsil elementli proqramlar var. Təhsil proqramlarını demirəm, təhsil elementindən istifadə edilərək reklam üzərində qurulmuş proqramları deyirəm. Amma elmi-kütləvilik, mədəni-maarif istiqamətli elementlər, demək olar, heç kimə lazım deyil. Bu çox təəssüfləndirici haldır”.
E.Nuri bir sıra təkliflərini də irəli sürüb: “Birincisi, bu istiqamətdə çox ciddi addımlar atılmalıdır. Heç olmasa, AzTV və İctimai TV-də sırf təhsillə bağlı proqramlar olmalıdır. Təbii ki, ayrı-ayrı verilişlərdə, məsələn, “Sabaha saxlamayaq”, “Çıxışa doğru”, “Ortaq məxrəc”, “Əsas məsələ” kimi proqramlarda mütəmadi olaraq təhsilə də toxunurlar, amma sahə olaraq. Birbaşa təhsil problemini əks etdirən və öz dinamikliyi, stabil yayımı ilə seçilən ayrıca təhsil proqramına ehtiyac var. İkincisi, nəinki ayrıca təhsil proqramı, ümumiyyətlə, bizdə ayrıca təhsil kanalına ehtiyac var. Həmin kanal zərrə qədər də reklam elementləri, reytinq müstəvisində dəyərləndirilməməlidir. Maarifləndirici meyarla, vətəndaşlıq mövqeyinin sərgilənməsinə görə fərqləndirilməlidir. Bu gün həmin kanalın olması İdman Azərbaycan TV, Mədəniyyət TV, Günəş TV, CBC Sport kimi kanalların olmasından daha vacibdir. Hətta daha həyati əhəmiyyətlidir. Bəlkə də, bu gün təhsilimizdəki bu boyda xaosun, informasiya boşluğunun, neqativliyin olmasına səbəb sırf bu istiqamətdə təhsil kanalımızın olmamasıdır. Necə olur, illərdir ki, Azərbaycanda idmana aid bir deyil, iki kanal var? Mədəniyyətə, iqtisadiyyata aid kanallar var. Bəlkə, sabah kulinariyaya da aid kanal olacaq. Amma təhsilə aid kanal yoxdur. Birmənalı şəkildə bu, həyata keçirilməlidir. Təsəvvür edin, Yaponiya kimi elmi, təhsili, iqtisadiyyatı güclü olan ölkədə ən böyük kanal o ölkənin İctimai Televiziyasıdır. Yaponiyanın ikinci böyük kanalı isə Təhsil TV-dir. Kaş ki bizdə də dövlət səviyyəsində belə bir addım atıla. Bu, ən böyük istəklərimdən biridir. Mən böyük məmnuniyyətlə hətta təmənnasız, bir manat maaş belə almadan o kanalda əlavə iş yeri kimi çalışmağa hazıram. Bu arzunun yaxın vaxtlarda həyata keçəcəyinə isə qətiyyən inanmıram. Təhsil kanalının açılması təhsilin əsas qanadı olan, onun donoru rolunu oynayan, qidalandırıcı funksiyasını həyata keçirən elmi-kütləviliyinə, populyarlığına da çox böyük təsir göstərə bilər. Vaxtilə Azad Mirzəcanzadə, Xudu Məmmədov, indi isə Rafiq Əliyev kimi alimlər təhsilin, həmçinin elmin kütləviləşməsinin, populyarlığının artırılmasının onun birbaşa inkişafına, akademik təsirinə nə dərəcədə böyük güc verəcəyini hesablayıb bildirmişdilər. Albert Eynşteyn kimi Nobel mükafatçısı, dünya elminə yeni yanaşma gətirən böyük bir alim elmin əsas funksiyasını onun kütləviləşməsindi örürdü. Buyurun, biz də bunu kütləviləşdirməliyik. “Bu gün Azərbaycanda elm, təhsil zəifdir” deməklə deyil. Bir zəifi gücləndirməkdən ötrü ona olan sevgini artırmaq, onun təbliğat və piar maşınını inkişaf etdirmək lazımdır. Məhz bunun üçün də Azərbaycanda ayrıca təhsil və elm kanalının açılmasına böyük ehtiyac var. Hətta indiki illərdə olmasa belə, ayrı-ayrı kanallarımızda ayrıca təhsil proqramının deyil, proqramlarının olmasına təcili sürətdə ehtiyac var. Bu, AzTV və İctimai TV ilə yanaşı, özəl televiziyaların da qarşısına bir növ öhdəlik kimi qoyulmalıdır”.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusu üzrə dərc olunub.
Aytəkin Qardaşova
28 Mart 20:43
28 Mart 20:38
28 Mart 20:33
28 Mart 19:53
28 Mart 19:51
28 Mart 19:46
28 Mart 19:43
28 Mart 19:41
28 Mart 19:40
28 Mart 19:25
28 Mart 19:16
28 Mart 19:07
28 Mart 19:05
28 Mart 19:03
28 Mart 18:41
28 Mart 17:53
28 Mart 17:42
28 Mart 17:23
28 Mart 17:10
28 Mart 17:05
28 Mart 16:54
28 Mart 16:53
28 Mart 16:52
28 Mart 16:47
28 Mart 16:43
28 Mart 16:38
28 Mart 16:33
28 Mart 16:22
28 Mart 16:19
28 Mart 16:16
28 Mart 15:53
28 Mart 15:52
28 Mart 15:40
28 Mart 15:23
28 Mart 15:01
28 Mart 14:59
28 Mart 14:54
28 Mart 14:52
28 Mart 14:24
28 Mart 14:20
28 Mart 13:57
28 Mart 13:37
28 Mart 13:30
28 Mart 13:27
28 Mart 13:02
28 Mart 12:57
28 Mart 12:53
28 Mart 12:42
28 Mart 12:38
28 Mart 12:33
28 Mart 12:27
28 Mart 12:00
28 Mart 11:58
28 Mart 11:56
28 Mart 11:55
28 Mart 11:29
28 Mart 11:27
28 Mart 11:16
28 Mart 11:14
28 Mart 11:11
28 Mart 11:08
28 Mart 11:06
28 Mart 11:04
28 Mart 11:00
28 Mart 10:47
28 Mart 10:47
28 Mart 10:39
28 Mart 10:37
28 Mart 10:30
28 Mart 10:26
28 Mart 10:16
28 Mart 10:05
28 Mart 10:03
28 Mart 09:58
28 Mart 09:54
28 Mart 09:49
28 Mart 09:45
28 Mart 09:33
28 Mart 09:21
28 Mart 09:15
28 Mart 09:02
28 Mart 08:59
28 Mart 08:58
28 Mart 08:56
28 Mart 08:52
28 Mart 08:50
28 Mart 08:48
28 Mart 08:44
28 Mart 08:38
28 Mart 08:36
28 Mart 08:31
28 Mart 08:24
28 Mart 08:23
28 Mart 08:20
28 Mart 08:15
28 Mart 08:11
28 Mart 08:07
28 Mart 08:03
28 Mart 07:12
28 Mart 07:10
28 Mart 07:06
28 Mart 06:53
28 Mart 06:18
27 Mart 23:49
27 Mart 23:37
27 Mart 23:29
27 Mart 23:26
27 Mart 22:45
27 Mart 22:43
27 Mart 22:08
27 Mart 22:07
27 Mart 22:05
27 Mart 22:03
27 Mart 20:26
27 Mart 19:54
27 Mart 18:42
27 Mart 18:40
27 Mart 18:39
27 Mart 18:33
27 Mart 18:31
27 Mart 18:27
27 Mart 18:23
27 Mart 18:21
27 Mart 18:19
27 Mart 18:18
27 Mart 18:17
27 Mart 18:15
27 Mart 18:11
27 Mart 18:09
27 Mart 18:06
27 Mart 18:03
27 Mart 18:00
27 Mart 17:40
27 Mart 17:33
27 Mart 17:25
27 Mart 17:23
27 Mart 17:20
27 Mart 17:12
27 Mart 16:50
27 Mart 16:45
27 Mart 16:38
27 Mart 16:28
27 Mart 15:37
27 Mart 15:14
27 Mart 15:07
27 Mart 15:04
27 Mart 14:40
27 Mart 14:03
27 Mart 13:34
27 Mart 13:23
Ən son xəbərləri səhifəmizdən də izləyin